Fransa xarici işlər naziri: Ermənistanla strateji tərəfdaşlıq sazişi hazırlanır

“Mövcud əməkdaşlığı nəzərə alsaq, Fransa ilə Ermənistan arasında münasibətlər artıq böyük ölçüdə strateji xarakter daşıyır”.
Teleqraf xəbər verir ki, bunu Fransa xarici işlər naziri Jan-Noel Barro erməni həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransı zamanı deyib.
“Ermənistanın xarici işlər naziri ilə birlikdə biz strateji tərəfdaşlıq hazırlamaqla bütün bunları kağız üzərində rəsmiləşdirmək niyyətindəyik. Bu, sadəcə artıq mövcud əməkdaşlığa daha formal rol verəcək, həmçinin qarşıdakı onilliklər üçün digər proqram və layihələri, o cümlədən müdafiə sektorunu nəzərdə tutur”, - Fransa XİN rəhbəri qeyd edib.