
Paşinyan keşiş və oliqarxların idarə etdiyi “terror planı”nı təmizlədi -ŞƏRH
Yusif Nəzərli
13:00 26.06.2025
Cənubi Qafqaz
439
Ermənistanda terrorun və hakimiyyəti ələ keçirmək cəhdinin qarşısı alınıb. Ermənistan İstintaq Komitəsinin yaydığı bəyanatda deyilib ki, "Müqəddəs mübarizə" müxalifət hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyan və onun tərəfdaşları ölkədə hakimiyyəti ələ keçirmək məqsədilə terror aktları hazırlayıblar. Qeyd olunub ki, 2024-cü ilin noyabr ayından arxiyepiskop Baqrat Ermənistan Konstitusiyası ilə icazə verilməyən şəkildə hakimiyyət dəyişikliyinə nail olmağı qarşısına məqsəd qoyub: "Bu məqsədə çatmaq üçün bir sıra hərəkat iştirakçılarının əvvəlcədən razılığı ilə terror aktları törətmək və hakimiyyəti ələ keçirmək üçün lazımi vasitələr və alətlər əldə edib". Hərəkatın "Telegram" kanalında yaydığı mesajda isə deyilib ki, Ermənistanda hüquq-mühafizə orqanlarının əməkdaşları səhər saatlarından etibarən "Müqəddəs Mübarizə" üzvlərinin və tərəfdarlarının evlərində axtarışlar aparıblar. Ümumilikdə 90-dan çox ünvanda axtarış aparılıb. Dövlət çevrilişi hazırlamaqda şübhəli bilinən 14 nəfər saxlanılıb. O cümlədən keşiş Baqrat Qalstanyanın da saxlandığı deyilir.
Məsələ ilə bağlı Ermənistanın Baş naziri Nikol Paşinyan da paylaşım edib. O, hüquq-mühafizə orqanlarının ölkədə hakimiyyətin ələ keçirilməsinin qarşısını aldığını deyib: “Hüquq-mühafizə orqanlarının əməkdaşları kriminal oliqarx ruhanilərin Ermənistan Respublikasında sabitliyi pozmaq və hakimiyyəti ələ keçirmək məqsədilə həyata keçirdiyi irimiqyaslı və bədnam planın qarşısını alıblar”. Qeyd edək ki, bundan öncə hakimiyyəti güc yolu ilə devirəcəyinə eyham vuran erməni milyarder Samvel Karapetyan da həbs olunub. Eyni aqibəti keşiş Baqratın da yaşayacağı gözlənilir. Son məlumatlara görə, qatı millətçi Daşnaksütyun Partiyasında da axtarışlar və həbslər gedir. Partiyanın Ali orqanının üzvü İqor Sarkisyanın, Abovyan komitəsinin üzvü Vardan Avakyanın, eləcə də Noyemberyan və digər şəhər təşkilatlarının üzvlərinin həbs edildiyi bildirilir. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Paşinyanın Ermənistanda dövlət çevrilişinə cəhdin qarşısının alınması ilə bağlı bəyanatı İrəvanın daxili işidir. Onun sözlərinə görə, Rusiya Ermənistanla, o cümlədən biznesmen Karapetyanın həbsi ilə əlaqədar vəziyyətlə bağlı təmasdadır. Kremlin sözçüsü vurğulayıb ki, Moskva İrəvanda qanunun aliliyinin təmin olunmasında maraqlıdır.
ReAL Partiyasının sədri Natiq Cəfərli Sherg.az-a bildirib ki, Ermənistanda bir il sonra keçiriləcək, ölkənin gələcəyini müəyyən edəcək parlament seçkilərinə hazırlıq tam sürət gedir. Partiya rəhbəri qeyd edib ki, Ermənistanda müxaliflərə qarşı həbsləri Paşinyanın “anti-Rusiya” addımları kimi qələmə verənlər var:

"Mən bunun tam əksini düşünürəm. Tam tərsi, Paşinyan və komandasının Moskva ilə ciddi heç bir problemi yoxdur, son zamanlar isə münasibətlər daha da istiləşib. Ümumiyyətlə, İrəvan 2022-dən bəri Rusiyaya sanksiyalardan yan keçməyə kömək edən ən vacib 3-5 ölkədən biridir. Ermənistan iqtisadiyyatının 70 faizinə Rusiya nəzarət edir. Rusiya hərbi bazaları ilə bağlı heç bir addım atılmayıb, əksinə, onların statusu bir daha təsdiq edilib. Fikrimcə, Paşinyan Moskva ilə növbəti dəfə anlaşandan, bəzi kiçik problemləri həll etdikdən sonra, elə həmin Kremlin razılığı ilə daxili siyasətdə “təmizləmə” işləri aparır ki, 2026-cı il seçkilərində maneələr qalmasın. Kreml həmişə etdiyini edir, yəni öz adamlarını istifadə edir, istədiyini alır, sonra "qurban" verir".
N.Cəfərliyə görə, Rusiya Ermənistanda bəzi keşiş, kilsə, biznesmen, siyasətçiləri təzyiq üçün istifadə etdi, istədiyini aldı, indi də onların sıradan çıxarılmasına "yaşıl işıq" yandırdı:
"Bəziləri anlaya bilmir ki, 2018-dən bəri Rusiya bütün gücünü, nüfuzunu, resurslarını istifadə etsəydi, bu 7 ildə Paşinyanı 7 dəfə devirərdi. Ancaq etmədi. Çünki Paşinyan Rusiyaya da sərf edir. Guya Moskva ilə "dalaşır", Qərblə yaxınlaşır. Qərb də Ermənistanı "demokratiya" sayıb, öz maraqlarına uyğun olaraq Moskva ilə İrəvan üzərindən alverini edir. Bundan başqa, Rusiyanın əlində, cibində olanlar artıq "işlənmiş materialdır", onları "diriltmək" cəhdi Rusiyaya sərf etmir. Ukraynada buna cəhd etdilər, Yanukoviçi "diriltdilər", nəticədə Ukraynanı siyasi və tarixi anlamda itirdilər. Eyni səhvi Ermənistanda etmək istəmirlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ermənistan və Gürcüstan razılığa gəldi
00:55 07.11.2026
Cənubi Qafqaz
Türkiyədən Rusiya ilə bağlı gözlənilməz açıqlama...
23:59 06.11.2026
Region
Tramp Stiven Milleri Ağ Evin aparat rəhbəri təyin edib
23:43 06.11.2026
Dünya
İranın qarşısını almasaydım, İsrail məhv olardı - Tramp
23:10 06.11.2026
Gündəm
“Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
22:12 06.11.2026
Futbol
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual