Ermənistan Gürcüstana balıq ixrac etməyə hazırlaşır

Gürcüstanla balıq məhsullarının tədarükünə başlamaq üçün danışıqlar artıq hazırdır.

Teleqraf xəbər verir ki, bu barədə Aliq.ge məlumat yayıb.

Ermənistanın Gürcüstandakı səfirliyi bunu təsdiqləyib və ticarət və iqtisadi əlaqələri genişləndirmək üçün Gürcüstanla əməkdaşlığı davam etdirəcəyini vurğulayıb.

Ermənistan tərəfinin bu niyyəti Rosselxoznadzorun qərarı ilə şərtlənir və bu qərara əsasən, balıq da daxil olmaqla, Ermənistan məhsullarının idxalına qadağa qoyulub.