Kreml hesab edir ki, problem Ermənistan yox, məhz Paşinyan hakimiyyətidir -ANALİZ
09:29 16.07.2025
Cənubi Qafqaz
338
Bəzi məlumatlara görə, Rusiya Paşinyandan sonra Sambil Qarafeciyanı hakimiyyətə gətirməyi planlaşdırır
ABŞ və Qərb siyasi dairələri Paşinyan hakimiyyətinin mövcudluğunu qorumaqda maraqlıdırlar
Ermənistanın Baş naziri Nikol Paşinyana qarşı təzyiqlər son günlər daha da artmaqdadır. Rusiya və onun nəzarətində olan erməni diaspor təşkilatları, eyni zamanda ölkədaxili müxalifət Paşinyana qarşı kəskin ritorika və fəaliyyətlərə başlayıb.
Rusiya Erməniləri İttifaqının rəhbəri Ara Abramyan “RİA Novosti”yə açıqlamasında Paşinyana birbaşa müraciət edərək, erməni xalqına toxunmamağı və onların təhlükəsiz şəraitdə yaşamasını təmin etməyi tələb edib:
“İnsanlar nəsə deməyə qorxurlar. Onun taktikası müxalifəti günahlandırmaqdır, guya xalqı dəyərdən salan müxalifətdir. Ən yaxşı xalq bizim xalqdır, cənab Paşinyan. Xalqa toxunmayın. Onların qayğısına qalmaq, təhlükəsiz və layiqli həyat təmin etmək lazımdır. Bəs siz nə edirsiniz?”
Bu açıqlama Paşinyana qarşı Rusiyadakı erməni diasporunun da açıq mövqe nümayiş etdirdiyini göstərir. Eyni zamanda, Rusiyada yaşayan erməni əsilli milyarder Samvel Karapetyanın Ermənistanda yeni siyasi partiya yaratması və sonradan onun həbs olunması da daxili qarşıdurmanın dərinləşdiyini göstərən faktlardandır.
Siyasi gərginliyin digər bir təzahürü isə Ermənistan hökumətinin kəskin reaksiyasına səbəb olan din xadimlərinin çağırışlarıdır. Ermənistanın Baş nazirinin ofisinin rəhbəri Araik Arutyunyan “Facebook” hesabında bir din xadiminin çıxışından sitat paylaşaraq yazıb:
“O deyir ki, Paşinyanın başını kəsmək lazımdır. İndi təsəvvür edin, Vazgen Qalstanyan onun yanında ‘ağbəniz’ kimi görünür.”
Bu sözlərlə Arutyunyan, son vaxtlar Paşinyana qarşı səsləndirilən ekstremist çağırışların təhlükəli miqyas aldığını vurğulayıb.
Politoloq Elçin Xalidbəyli Sherg.az-a deyib ki, Paşinyan hakimiyyəti hazırda Rusiyanın əsas hədəfidir:
"Kreml hesab edir ki, problem Ermənistanın özü deyil, məhz Paşinyan hakimiyyətidir. Bu səbəbdən Rusiya onun yerinə öz nəzarətində olan casus şəbəkəsinin nümayəndələrini gətirərək, Ermənistanı yenidən təsir dairəsinə qaytarmağa çalışır. Bir müddət öncə Paşinyan hökuməti Ermənistanda dövlət çevrilişi cəhdinin qarşısını aldığını bəyan etmişdi. Hətta bu çevriliş planının ölkə xaricində hazırlandığı və icrasının daxildəki casus şəbəkəsinə tapşırıldığına eyham vurulmuşdu. Bu eyhamın məhz Rusiyaya ünvanlandığını anlamaq çətin deyildi. Sonradan dövlət çevrilişi planında iştirakı ehtimal edilən çox sayda şəxs, o cümlədən Erməni Apostol Kilsəsinin nüfuzlu din xadimləri, oliqarxiya nümayəndələri və radikal revanşist müxalifət partiyalarının funksionerləri həbs edildi. Kremlin Ermənistandakı emissarı hesab olunan milyarder Sambil Qarafeciyanın həbsi də bu kontekstdə dəyərləndirilir".
Analitik əlavə edib ki, bəzi məlumatlara görə, Kreml Paşinyandan sonra məhz Sambil Qarafeciyanı hakimiyyətə gətirməyi planlaşdırır:
"Onun yeni partiya yaratmaqla bağlı açıqlamaları da Rusiyaya bağlı siyasi qüvvənin formalaşdırılması niyyətini göstərir. Bütün bu proseslər Paşinyan hakimiyyətinin Rusiya üçün arzuolunmaz siyasi qüvvə olduğunu və Kremlin onu dəyişdirməyə çalışdığını açıq şəkildə nümayiş etdirir. Hazırda Ermənistanda baş verən proseslər də Paşinyan hökumətinə qarşı təzyiq xarakteri daşıyır. Son dövrlərdə Rusiyanın Ermənistandakı hərbi bazalarına yeni qüvvələr göndərməsi barədə məlumatlar yayılıb. Bu isə Kremlin ehtiyac yaranacağı təqdirdə hərbi qüvvələr vasitəsilə Paşinyan hakimiyyətinə qarşı müdaxilə edə biləcəyi mesajını verir. Bu proses olduqca təhlükəlidir. Çünki Rusiyanın siyasi təsir imkanları zəiflədiyindən, o, artıq hərbi mexanizmləri ön plana çıxarır. Ermənistanın hərbi faktorlar üzərindən nəzarətə götürülməsi ehtimalı yüksəlməkdədir".
Elçin Xalidbəyli qeyd edib ki, ABŞ və Qərb siyasi dairələri Paşinyan hakimiyyətinin mövcudluğunu qorumaqda maraqlıdırlar:
"Böyük ehtimalla Qərb, Rusiyanın Ermənistanı yenidən öz orbitinə qaytarmasına imkan verməmək üçün Paşinyanı dəstəkləməyə davam edəcək. Bütün bu amilləri nəzərə aldıqda, Rusiyanın Cənubi Qafqazda təsir mexanizmlərinin zəifləməsi, Paşinyan hökumətinin də iqtidarda qalmaq ehtimalını artırır. Zaman keçdikcə Rusiyanın Ermənistanda dövlət çevrilişi etmək və Paşinyan hakimiyyətini Kremlə yaxın qüvvələrlə əvəzləmək imkanları azalır. Hazırkı reallıqda Rusiya üçün əlverişsiz şərait ön plandadır və Kremlin planlarının pozulması tamamilə real görünür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə