
Millət vəkili: Zəngəzur dəhlizi həm də bir Türk birliyi deməkdir
14:02 07.02.2025
Cənubi Qafqaz
655
Biz bunu dəfələrlə, hər yerdə demişik: Bütün fəaliyyət azadlığı və senzuranın olmamasına baxmayaraq, media - mənə elə gəlir ki, bu region xalqlarının artıq yaşadıqları ağrı və kədəri nəzərə alaraq - məsuliyyətlə davranmalı, vəziyyətin sülh yolu ilə nizamlanmasının lehinə işləməli, sülh yolu ilə nizamlanmanın qarşısını almağa çalışmamalıdır.
Bu sözləri Rusiya XİN sözçüsü Mariya Zaxarova erməni jurnalistin sualına cavab olaraq deyib.
“Mən çox yaxşı başa düşürəm və bizim özümüzü də bəzən tənqid edirlər ki, Rusiya KİV-ləri öz nöqteyi-nəzərini və ya ekspertlərin fikirlərini yayımlayır və ya təqdim edir – halbuki bu fikirləri ölkə və cəmiyyət bölüşmür. Biz hər zaman kütləvi informasiya vasitələrimizi münaqişə potensialı ilə dolu olan xüsusilə həssas məsələlərə məsuliyyətlə yanaşmağa çağırırıq. Və qeyd etdiyiniz bu vəziyyətdə mən həm mövqeyimizi, həm də çağırışımızı bir daha təsdiqləyirəm”, - Zaxarova bildirib.
Qeyd edək ki, erməni jurnalist Zəngəzurun və digər ərazilərin 1920-ci ildə Ermənistana verildiyini xatırladan və bunu heç vaxt unutmayacağını bildirən Azərbaycan mediası və siyasi elitanın çıxışlarını Zəngəzura və ümumiyyətlə Ermənistana ərazi iddiası kimi qəbul edərək, buna Rusiyanın mövqeyini öyrənməyə çalışıb. Zaxarova isə erməni jurnalistin “arzuladığı” cavabı vermir.
Milli Məclisin deputatı Aydın Hüseynov "Sherg.az"a bildirib ki, Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra regionda daha da böyük nüfuz qazanaraq iqtisadi, siyasi və hərbi mənada güc mərkəzinə çevrildi:

"Cənubi Qafqaz regionunda Azərbaycanın iştirakı və razılığı olmadan hər hansı layihənin həyata keçirilməsi qeyri-mümkündür. Rəsmi Bakının təqdim etdiyi ən böyük ideyalardan olan Zəngəzur dəhlizi və Orta dəhliz üzərində Azərbaycan logistik imkanlara malikdir. Bunlar Şərqdən Qərbə, eləcə də Şimal və Cənub istiqamətində yüklərin daşınmasının tənzimlənməsi və intensivliyinin səmərəsinin təmin edilməsi istqamətində dünya və region iqtisadiyyatı üçün daha önəmlidir. Digər tərəfdən Paşinyanın qeyri-konstruktiv mövqe sərgiləməsi, sülh müqaviləsini gecikdirməsi və bəhanələrlə bunu uzatması Ermənistanın qəti qərarının olmamasını, kənardan idarə olunan fəaliyyətini göstərir. Ermənistan hakimiyyəti öz dövlətinin deyil, digər ölkələrin maraqlarını üstün tutur. Qərb, xüsusilə Fransa rəsmi İrəvan vasitəsilə regionda öz varlıqlarını təmin etmək, Rusiyanı buradan çıxarmaq istəyir. Zəngəzur dəhlizinin Ermənistan ərazisində olan hissəsindəki dəmir yolunun nəzarəti Rusiyadadır. Rəsmi Moskvanın öz növbəsində Cənubi Qafqazda qalmaq və Zəngəzur dəhlizində əsas söz sahibi olmaq məqsədi fikirlərin toqquşmasına gətirib çıxarır".
Deputat əlavə edib ki, Azərbaycan ilk növbədə bir hissəsinin digər hissəsi ilə, yəni, Naxçıvanla quru əlaqələrinin olmasını tələb edir:
"Bu isə tarixi ədalətin bərpa olunması, o cümlədən ölkəmizin beynəlxalq hüquqa söykənən istəyidir. Digər tərəfdən Zəngəzur dəhlizi Azərbaycanın Türkiyə ilə əlaqələrini təmin etmiş olur. Sözügedən layihələrin reallaşması və Orta dəhlizdə iştirakının genişlənməsi rəsmi Ankara üçün də vacibdir. Qərbə daşınan yüklər Türkiyə ərazisindən keçir. Məhz bu məsələdə Azərbaycan və Türkiyənin mövqeləri eynidir. Zəngəzur dəhlizi həm də bir Türk birliyi deməkdir. Bu mənada maraqlar təkcə iqtisadi yox, mənəvi məqsəd daşıyır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Trabzonspor” və “Beşiktaş” Türkiyə kubokunun yarımfinalına çıxıb
00:44 24.04.2026
Futbol
Tramp: “Mənim vaxtım çoxdur, İranın isə yoxdur”
00:44 24.04.2026
Gündəm
Tramp: İranla müharibəni bitirməyə tələsmirəm
00:22 24.04.2026
Dünya
Tramp: İran məsələsində NATO-nun dəstəyinə ehtiyac yox idi
23:59 23.04.2026
Dünya
Makron seçkilərdən sonra siyasətdən gedəcəyini açıqladı
23:22 23.04.2026
Dünya
Tehranın bəzi rayonlarında HHM sistemləri işə düşüb
22:26 23.04.2026
Region
ABŞ Yaxın Şərqə yeni qırıcılar göndərib
22:08 23.04.2026
Region
Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşulub
21:35 23.04.2026
Dünya
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - YENİLƏNİB
21:19 23.04.2026
Hadisə
Pəhləvinin "azad İran" vədləri inandırıcı deyil - ŞƏRH
19:15 23.04.2026
Gündəm
Dua Lipa evlənir!
18:45 23.04.2026
Şou
Ebru Gündeşdən sürpriz: Yeni görünüşü sosial medianı silkələdi
18:42 23.04.2026
Şou
Derbi öncəsi gərginlik: "Fənərbağça"dan Dursun Özbəkə cavab gəldi
18:37 23.04.2026
Futbol