NATO həm bizi, həm də Ukraynanı aldadıb - Kaladze

NATO həm Gürcüstanı, həm də Ukraynanı üzvlüklə bağlı aldadıb.

Axar.az xəbər verir ki, bu sözləri Tiflis meri Kaxa Kaladze deyib.

“Bu illər ərzində Gürcüstan və Ukrayna kimi ölkələrə NATO-nun qapılarının açıq olduğu deyildi. Əslində hamımız başa düşürük ki, reallıq tam başqadır”, - Kaladze qeyd edib.