Paşinyan: Ermənistan, Rusiya və Azərbaycan Baş nazir müavinlərinin görüşləri dayanıb

Ermənistan, Rusiya və Azərbaycan Baş nazir müavinlərinin üçtərəfli görüşləri artıq uzun müddətdir keçirilmir.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan iyulun 16-da keçirdiyi mətbuat konfransında deyib.
"Bunun səbəbi sənədlərin fərqli şərh olunması, bəzi praktiki problemlər və qarşılıqlı etimadsızlıqdır", - o qeyd edib.