
Politoloq: Bölgədə ən effektiv təhlükəsizlik çətiri Azərbaycan-Türkiyə-Gürcüstan birliyidir
11:39 18.06.2025
Cənubi Qafqaz
321
Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze Ankarada türkiyəli həmkarı Fuat Oktay ilə görüşüb. Tərəflər təhlükəsizlik məsələləri və regionda davam edən proseslər, həmçinin Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər. Görüşdə Ermənistan və Azərbaycan arasında münaqişənin sülh yolu ilə həlli prosesində Gürcüstan və Türkiyənin mühüm rolu vurğulanıb. Komitə sədrləri Gürcüstan və Türkiyədə mövcud daxili siyasi vəziyyəti və iki ölkə arasındakı hazırkı əlaqələri, o cümlədən ticarət-iqtisadi əməkdaşlığın gücləndirilməsi məsələlərinin də müzakirəsini aparıblar.
Gürcüstan, Türkiyə və Azərbaycan parlamentlərinin Xarici əlaqələr komitələri arasında gələcək əməkdaşlıq da nəzərdən keçirilib. Bildirilib ki, bu il komitələrin üçtərəfli görüşü artıq planlaşdırılıb. N.Samxaradze F.Oktayı 2026-cı ildə Tbilisiyə rəsmi səfərə dəvət edib.
Politoloq Turab Rzayev Sherg.az-a vurğulayıb ki, bu görüş xüsusi əhəmiyyət daşıyır:

“Bölgədə yaranan geosiyasi qırılmalar, xüsusilə İran-İsrail, Ukrayna və digər müharibələr göstərir ki, regiondakı dövlətlərin güclü bir müttəfiqə və bir-biri ilə daha çox sinerjiyə ehtiyacı var. Bu kontekstdə, məsələn, Gürcüstanın Türkiyənin dəstəyinə, həmçinin Gürcüstan-Türkiyə-Azərbaycan üçtərəfli münasibətlərinin inkişafına xüsusi önəm verdiyi görünür. Çünki hər an İranda baş verən münaqişənin bölgəyə yayılma, yaxud Ukrayna münaqişəsinin yeni mərhələyə keçməsi ehtimalı var. Belə ehtimallar fonunda xüsusilə Azərbaycan və Türkiyə təhlükəsizlik arxitekturasını qoruya biləcək əsas aktorlar kimi çıxış edə bilərlər. Baxmayaraq ki, bəzi Avropa ölkələri, xüsusilə Fransa, bu məsələyə soyuq yanaşır. Ermənistanın Baş naziri Nikol Paşinyan Gürcüstan rəhbərliyi ilə görüşündə açıq şəkildə bildirdi ki, Gürcüstan, Azərbaycan və Türkiyənin yaratdığı təhlükəsizlik arxitekturasına inanır.
Ancaq bu inamın özü kifayət etmir və arxitektura real təhlükəsizlik çətiri formasında təşkil olunmalıdır”.
Ekspert söyləyib ki, İranda baş verən hadisələr və Ermənistanın başına gələnlər bölgədə ən effektiv təhlükəsizlik çətirinin Azərbaycan-Türkiyə-Gürcüstan birliyi olduğunu ortaya qoyur:
“Digər tərəfdən isə Türkiyə Gürcüstanın ən böyük iqtisadi tərəfdaşıdır. Eyni zamanda Azərbaycan da Gürcüstanın ən böyük ticarət tərəfdaşlarından və investorlarından biridir. Bu baxımdan iqtisadi məsələlərdə də bu üçtərəfli əməkdaşlığın əhəmiyyəti böyükdür. Həmçinin Şərq-Qərb dəhlizinin buradakı rolu da xüsusi əhəmiyyət daşıyır. Belə ki, Azərbaycanın bütün enerji layihələri və strateji infrastrukturu Gürcüstan üzərindən Türkiyəyə ötürülür.
Bu görüşdə də bu məsələlərin müzakirə edildiyini ehtimal etmək olar. Xüsusilə diqqətçəkən məqam odur ki, Gürcüstan rəhbərliyi Azərbaycanla müsbət əlaqələri vurğulamaqla yanaşı, Türkiyənin bu əməkdaşlıqdakı roluna da xüsusi önəm verir. Bu isə Türkiyənin Azərbaycanın Qarabağdakı haqq işinə verdiyi dəstəyi dolayı yolla bir daha təsdiqləməsi kimi dəyərləndirilə bilər. Düşünürəm ki, Azərbaycan-Türkiyə-Gürcüstan görüşləri strateji baxımdan inkişaf etdirilməlidir. Ümumiyyətlə,Azərbaycan-Türkiyə-Qazaxıstan, Azərbaycan-Türkiyə-Türkmənistan, Azərbaycan-Türkiyə-Rusiya, Azərbaycan-Türkiyə-İran kimi üçtərəfli görüşlər olduqca effektiv nəticələr verir. Bu formatlardan ən effektivlərindən biri də məhz Gürcüstanla olan üçtərəfli əməkdaşlıqdır. Bu kritik dönəmdə Gürcüstanın Türkiyəyə yaxınlaşması və Azərbaycanla əlaqələri ön plana çəkməsi, onun ən yaxın müttəfiq kimi məhz bu iki ölkəyə güvəndiyini göstərir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Speys TV ilə bağlı yayılan məlumatlara reaksiya
23:13 29.07.2026
Media
Əhməd Davudoğlu siyasətdən getdiyini açıqlayıb
22:34 29.07.2026
Gündəm
"Lobbilər ABŞ-Türkiyə münasibətlərini hədəfə alıb" - Ali Satan
21:33 29.07.2026
Gündəm
İran Ukraynaya cavab versə, böyük diplomatik səhv olar - Politoloq
21:18 29.07.2026
Gündəm
Qazaxıstan və ABŞ strateji tərəfdaşlığı müzakirə edib
21:05 29.07.2026
Dünya
Ukrayna Rusiya ərazilərinə bu yolla zərbələr endirib - FT
20:53 29.07.2026
Dünya
Azərbaycan Peru Prezidentinin andiçmə mərasimində təmsil olunub
20:22 29.07.2026
Siyasət
Esmira Cəfərova Macarıstana səfir təyin edilib
20:09 29.07.2026
Rəsmi
Brahim Diaz "Milan"a qayıda bilər
20:02 29.07.2026
Futbol
AKP 25 illik yubiley loqosunu təqdim etdi
19:25 29.07.2026
Gündəm
ABŞ-nin neft ehtiyatları 7,2 milyon barel azalıb
19:15 29.07.2026
İqtisadiyyat
İran KİV: ABŞ-Səudiyyə zərbələri nəticəsində 4 SEPAH hərbçisi ölüb
19:07 29.07.2026
Dünya
İstanbulda rus turisti küçədə təqib edən şəxs saxlanıldı
18:58 29.07.2026
Hadisə
Netanyahu Zelenski ilə görüşdən imtina etdi
18:40 29.07.2026
Dünya