Sulxan Tamazaşvili Gürcüstanın daxili işlər naziri təyin edilib

Sulxan Tamazaşvili Gürcüstanın daxili işlər naziri təyin edilib.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə İrakli Kobaxidze mətbuat konfransında məlumat verib.

Məlumata görə, Sulxan Tamazaşvili bu vəzifəyə qədər Acarıstan Muxtar Respublikası Hökumətinin sədri vəzifəsində çalışıb.

Qeyd edək ki, bu təyinat hökumətdə son kadr dəyişiklikləri çərçivəsində həyata keçirilib.