COP29-dan gözləntilər kifayət qədər çoxdur. Ümid edirəm ki, onlardan bəzilərini həyata keçirə bilərik. Çünki COP çox vacibdir.
Bunu APA TV-yə açıqlamasında İraq Prezidenti Əbdüllətif Camal Rəşid bildirib.
“Hər il bizim insanları öz iqlimimizə göstərdiyimiz münasibətlə bağlı məlumatlandırmaq, Yer kürəsində daha doğru yaşamaq barədə məlumatlandırmaq üçün böyük konfransımız olur. Ümid edirəm ki, qərarlardan və tövsiyələrdən bəzilərini tətbiq edə bilərik. Bizim bu istiqamətdə layihələrimizin həyata keçirilməsi gələcəyimizin, yalnız yeni nəslin deyil, gələcək nəsillərin də mühafizəsi üçün vacibdir”, - İraq Prezidenti qeyd edib.