Plastik tullantılar ətraf mühitə və ekosistemlərə geniş miqyasda təsir edir- RƏY
14:10 14.11.2024
COP29
936
COP-29-un plastik tullantılarla bağlı qəbul edəcəyi qərarlar ekoloji tarazlığın qorunmasına xidmət edəcək
Plastik tullantılar ətraf mühitə və ekosistemlərə geniş miqyasda təsir edir. Plastik tullantıların tənzimlənməsi və onların iqlim dəyişikliyinə təsiri, Birləşmiş Millətlər Təşkilatının (BMT) COP-29 çərçivəsində prioritet mövzulardan biri kimi nəzərdə tutulub. Bu müzakirələr plastik tullantıların təkrar emalı, karbon izlərinin azaldılması, normativ tənzimləmələr və dövlətlərarası əməkdaşlığın əhəmiyyətinə yönəlib.
Qeyd edək ki, plastik tullantıların təsiri təkcə onların fiziki mövcudluğu ilə məhdudlaşmır; plastik məhsulların istehsalı və onların çürüməsi də ətraf mühitə təsir edən karbon emissiyalarına səbəb olur. Plastik istehsalı üçün fosil yanacaqlardan istifadə edilir, bu isə böyük miqdarda karbon qazının atmosferə buraxılmasına gətirib çıxarır. COP-29 müzakirələrində plastik istehsalının qlobal karbon izinə təsiri, plastik tullantıların idarə olunması və təkrar emal imkanları xüsusi əhəmiyyət daşıyır.
Plastik tullantıların ekosistemlərə mənfi təsirinin çoxşaxəli olduğunu vurğulayan Sağlam Cəmiyyət Hərəkatının sədri Elçin Bayramlı “Sherg.az"a açıqlamasında deyib ki, plastik tullantılar təkcə torpağı çirkləndirməklə kifayətlənmir, eyni zamanda su hövzələrindəki canlılar üçün böyük təhlükə yaradır:
“Ekologiya üçün ən böyük problem budur. Artıq insan bədənində və beynində plastiklərin toplanması Niderlandda son araşdırmalarda ortaya çıxdı. Okean və dənizlərdə bütün canlıların bədənindən plastik var. 1000 ilə yaxın çürümür təbiətdə. Dünya ekologiya dərdi çəkirsə ilk növbədə bu texnologiya məhv edilməlidir. Yoxsa artistlik etmıyin mənası yoxdur.
Hər il milyonlarla dəniz canlısı plastik tullantılar səbəbindən həyatını itirir. Bu proses davam etdikcə, plastik tullantıların daha geniş miqyasda ekosistemlərdə dağıdıcı təsirləri müşahidə ediləcək”.
E. Bayramlının sözlərinə görə, qlobal istiləşmənin bir səbəbi də polietilen torbalarla çirkləndirilmiş təbiət hesab edilir. Cənubi Afrikada sellofan torbalara ironiya ilə “milli çiçək" adı verilib, çünki ölkənin hər yerində hər addımbaşı bu torbalar səpələnib. Karib dənizində isə plastik və polietilen zibillər ucsuz bucaqsız “dəniz” əmələ gətirib: “Təbiətə atılmış polietilenlər isə çürüməyə başladıqdan sonra ətrafa zərərli kimyəvi maddələr yayır və bu maddələr torpağa, suya qarışaraq qida zəncirimizi yavaş-yavaş çirkləndirir: “Dənizləri, gölləri, çayları eybəcər hala salır, kanalizasiyaları tıxayır, yollarda sellofan torbalar uçuşur. Bu ultrakimyəvi tullantılar suyu, torpağı və havanı zəhərləyir. Adi qaydada atıldıqda torpağı, suyu, yandırıldıqda isə havanı zəhərləyir. Ən böyük zərəri isə insan sağlamlığına vurur, xərçəngdən tutmuş hər cür xəstəlik yaradır”.
Ekspert ümid edir ki, COP-29 çərçivəsində həyata keçirilən tədbirlər və müzakirələr plastik tullantıların idarə edilməsində qlobal əməkdaşlıq və qanunvericilik çərçivələrinin təkmilləşdirilməsi baxımından əhəmiyyətli olacaq. Onun fikrincə plastik tullantıların azaldılması və təkrar emal texnologiyalarının inkişafı yalnız iqlim dəyişikliyi ilə mübarizədə deyil, həm də su ekosistemlərinin, biyomüxtəlifliyin və insan sağlamlığının qorunmasında mühüm rol oynayacaqdır:
“COP-29-un plastik tullantılarla bağlı qəbul edəcəyi qərarlar ümumilikdə ekoloji tarazlığın qorunması və ekosistemlərin dayanıqlığının təmin edilməsinə xidmət edəcək və gələcək nəsillərə daha sağlam bir təbiət buraxmaq üçün zəruri addımlardır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə oldu
20:38 02.06.2026
Gündəm
Bakıda güclü külək binanın fasadını uçurtdu - FOTO
20:29 02.06.2026
Hadisə
Ceyhun Bayramov kanadalı həmkarı ilə müzakirə aparıb
20:16 02.06.2026
Gündəm
Əfqanıstanın Baş naziri Prezident İlham Əliyevi təbrik edib
19:41 02.06.2026
Gündəm
Rubio ABŞ və İran arasında razılaşma perspektivini görür
19:17 02.06.2026
Gündəm
Məsud Pezeşkian Prezident İlham Əliyevə təbrik məktubu göndərib
19:09 02.06.2026
Gündəm
İran mediası: Tehran Vaşinqtonla mesaj mübadiləsini dayandırıb
19:00 02.06.2026
Gündəm
NATO-da böyük sürpriz: Tramp Ankaraya gəlməyi planlaşdırır
18:51 02.06.2026
Gündəm
Kreml: London Avropanı Rusiya ilə qarşıdurmaya sürükləyir
18:41 02.06.2026
Gündəm
Bakıda birinci Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçirilib
18:35 02.06.2026
Gündəm
Ayı kabusu: 4 nəfər yaralandı, məktəblər bağlandı
18:21 02.06.2026
Hadisə
Ağrıkəsici sanıb qulaqlığını uddu - Mədəsindən səs gəldi
18:09 02.06.2026
Hadisə
Kobaxidze: Ermənistan Bakı-Tbilisi-Qars dəmir yoluna qoşula bilər
18:00 02.06.2026
Gündəm