Rusiya Dnestryanıdakı Kolbasna kəndində yerləşən anbardakı hərbi sursatların ləğvi prosesini başlatmağı təklif edib.
Axar.az xəbər verir ki, bunu Moldova Prezidenti İqor Dodon Rusiya Müdafiə naziri Sergey Şoyqu ilə görüşdən sonra jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, bu tədbirlərin reallaşdırılması, regionda gərginliyin azaldılmasına şərait yaradacaq.
Qeyd edək ki, Kolbasna kəndindəki hərbi sursatlar anbarı Ukrayna sərhədləri yaxınlığında yerləşir. Bu anbar Avropanın ən böyük hərbi anbarlarından biri sayılır.