Rusiya ABŞ-ın silahlanma sferasında nəzarət sistemini dağıtması ilə bağlı məsələni ATƏT və AŞPA-da qaldırmaq niyyətindədir.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Dumasının Beynəlxalq Münasibətlər Komitəsinin sədri Leonid Slutski deyib.
"Rusiya hər zaman dünyada stabillik və təhlükəsizliyin gücləndirilməsinin tərəfdarı olub. Rusiya ABŞ-ın silahlanma sferasında nəzarət sistemini dağıtması ilə bağlı məsələni ATƏT və AŞPA-da qaldırmaq niyyətindədir. Avropa ölkələrinin parlamentariləri öz mövqelərini açıq şəkildə bəyan etməli və növbəti raket böhranının qarşısını almaq bütün mümkün addımları atmalıdırlar. Bu bizim kollektiv məsuliyyətimizdir", - deyə o bildirib.