Ermənistanda redaksiyaya basqın edildi

Dekabrın 19-na keçən gecə naməlum şəxslər Ermənistanın aparıcı qəzetlərindən biri olan “Joxovurd”un (Xalq) redaksiyasına basqın ediblər.

Axar.az xəbər verir ki, bu barədə nəşrin baş redaktoru Knar Manukyan məlumat yayıb.

“Burda hər şeyi alt-üst ediblər, mənim kabinetim qarma-qarışıqdır. Sanki naməlum şəxslər burda nə isə axtarıblar. Mən nə axtardıqlarını bilmirəm, ancaq bu qarət məqsədli bir basqın deyil, çünki bütün qiymətli əşyalar öz yerindədir”, - deyə o bildirib.

Hazırda bir neçə yerli sayt qəzet redaksiyasından canlı yayım edir, hadisə yerində polis işçiləri çalışır.