Rusiya lideri: "Kadırov yanıma gəldi və səhvini etiraf etdi"

Əhməd Kadırov Çeçenistanın yanıldığını və ərəb ölkələri ilə onlara daha xoş olacağını düşündüyünü dedi. Lakin o, bunun bir səhv olduğunu etiraf etdi. Kadırov Çeçenistanın Rusiya ilə birlikdə qalmalı olduğunu bildirdi.

Bu sözləri Rusiya Federasiyasının Prezidenti Vladimir Putin mətbuat konfransı zamanı söyləyib.

Putin Əhməd Kadırovun münasibət qurmaq üçün şəxsən onun yanına gəldiyini bildirib.

“Kadırov terrorçuların əli ilə və Rusiya uğrunda həlak oldu”, - deyə Putin deyib.