Yerevanda 1 nömrəli hərbi komisarlığın binasında döşəmənin çökməsi nəticəsində 11 nəfər xəsarət alıb. “Sputnik Ermənistan” xəbər verir ki, hadisə bu gün yerli vaxtla saat 15:35-də baş verib.
Hadisə yerinə gələn Ermənistanın Fövqəladə Hallar Nazirliyinin əməkdaşları binanın birinci mərtəbəsinin döşəməsinin çökdüyünü müəyyən ediblər.
Lyova Akopyan adlı erməni sosial şəbəkə istifadəçisi çökmə zamanı binada 100-dən çox çağırışçının olduğunu bildirib.
Çöldə isə valideynləri çağırışçıları gözləyirmiş.
L.Akopyan hesab edir ki, çökməyə döşəmənin köhnə və binada çoxlu sayda çağırışçının olması səbəb olub.