Hakim Gürcü Arzusu Partiyası ilə müxalifət arasında bu gün 4-cü görüş keçiriləcək.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstan parlamentinin vitse-spikeri Giya Volski deyib. O, görüşdə əsas müzakirə mövzusunun hökumətin seçki sistemi ilə bağlı yeni təşəbbüsünün olacağını bildirib:
“Kompromisə getmək və situasiyanı stabilləşdirmək bizim tərəfdaşlarımızın tələbi olub. Bu, ictimaiyyətə lazımdır”.
Jurnalistlərə açıqlama verən Vahid Milli Hərəkat Partiyasının lideri Qriqol Vaşadze isə hakimiyyətin güzəştə gedəcəyinə inanmadığını deyib:
“Onlar yalnız ölkəni təkbaşına idarəetməyə imkan verən təklif verə bilərlər, başqa heç nə”.
Yeni Gürcüstan Partiyasının rəhbəri Georgi Vaşadze isə bugünkü görüşün həlledici olacağını deyib:
“Bu bizə yanvardan vətəndaş qarşıdurması hərəkatına başlamağımıza imkan verəcək. Bu hərəkatın mahiyyəti, miqyası başqa cür olacaq”.