ABŞ ordusu Suriyada bu vaxta qədər qalacaq

Yerli özünümüdafiə qüvvələri İŞİD-i tam nəzarətdə saxlamayana qədər ABŞ hərbçiləri Suriyada qalacaq.

Axar.az xəbər verir ki, bu sözləri Pentaqon rəhbəri Mark Esper deyib.

“İŞİD-in tam məğlubiyyətinə zəmanət verənə qədər oradayıq (Suriyada). Yaxud, müttəfiqlərimiz və partnyorlarımız bizi əvəz edənə, yerli özünü müdafiə qüvvələri İŞİD-i tam nəzarətdə saxlayana qədər...” - deyə Esper bildirib.