Çinin Tyanszin şəhər məhkəməsinin qərarı ilə İnterpolun keçmiş rəhbəri Men Xunvey 13.5 il müddətində azadlıqdan məhrum edilib.
Bu barədə Çinin Mərkəzi Televiziyası məlumat verib.
Müttəhim qərara etiraz etməyib və apellyasiya şikayəti də verməyib.
Qeyd edək ki, Men Xunvey rüşvətxorluqda ittiham edilərək, 2018-ci ildə həbs olunmuşdu.