Bütün dünyada 470 milyon insan ya işləmir, ya da qismən məşğuldur.
Axar.az xəbər verir ki, bunu BMT yanında Beynəlxalq Əmək Təşkilatı yayıb. Məlumata görə, hazırda bu, dünyanın işçi qüvvəsinin 13%-ni təşkil edir. Təşkilat kifayət qədər yaxşı iş yerlərinin olmamasının dünyada sosial iğtişaşlar yaratdığını bildirib.
Bununla belə iqtisadi artımın zəifləməsinin iş yerlərinin sayını azaldacağı və nəticədə işsizlərin sayının artacağı vurğulanıb.