Britaniya 47 il sonra rəsmi olaraq Avropa İttifaqını tərk edib. Britaniyanın Aİ-dən çıxması münasibəti ilə insanlar Londonda Parlament Binasının qarşısında yığışaraq bu anı qeyd edirlər.
Bundan bir saat öncə isə Boris Conson video çıxışında "Brexit"in son deyil, başlanğıc olduğunu bildirib.
Qeyd edək ki, bundan sonra Britaniya üçün 11 aylıq bir keçid dövrünə icazə verilir, bu müddət ərzində Böyük Britaniya sərbəst ticarət razılaşması üzərində danışıqlar apararkən Aİ-nin qaydalarına əməl etməyə davam edəcək.