Artıq Çindən kənarda da koronavirusdan ölən var


 Çin hüdudlarından kənarda bir nəfər yeni tip koronavirusdan dünyasını dəyişib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, hadisə Filippində baş verib. 44 yaşı olan kişinin əslən Çinin Uhan şəhərindən olduğu bildirilir. Məlumatı Ümumdünya Səhiyyə Təşkilatının Filippin bölməsi  Twitter-də yayıb.

Bildirilir ki, ölən adam Filippində koronavirusa yoluxduğu təsdiqlənən ikinci şəxs imiş. O, fevralın 1-də dünyasını dəyişib.

Son məlumatlara görə, Çində koronavirusa yoluxanların sayı 14380-ə, ölənlərin sayı 304-ə çatıb. 328 nəfər xəstəxanadan evə yazılıb. Çindən kənarda xəstələnənlərin sayı 100-dən çoxdur.