Avropa İttifaqının yüksək səlahiyyətli rəsmisi fevralın 3-də Tehrana səfər edəcək. Bunu İranın Xarici İşlər Nazirliyi bildirib.
Xarici siyasət şöbəsinin rəhbəri Cosep Borrel İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşməlidir. Borellin səfəri 2015-ci il nüvə sazişinin qorunması sahəsində atılan sonuncu addımdır.
Sazişi imzalayan Britaniya, Fransa, Almaniya, Çin və Rusiya razılığı aktiv saxlamağa söz verib.
Tehran tədricən razılığın şərtlərindən uzaqlaşır.
İran generalı Qasım Sülüymaninin yanvar ayında öldürülməsindən sonra İran uran zənginləşdirilməsi proqramında istifadə edilən sentrifuqaların sayını artırıb.
Borrel yanvar ayında Hindistanda keçirilən konfrans çərçivəsində Zəriflə görüş keçirmişdi.