Prezident Donald Tramp ABŞ demokratiyası üçün təhdid olaraq qalır.
“RİA Novosti” xəbər verir ki, bu sözləri ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi deyib.
Onun fikrincə, Tramp və Senatın respublikaçıları qanunsuzluğu normal hala gətirdilər, ABŞ Konstitusiyasının nəzarət və tarazlıq sistemini rədd etdilər.
“Prezident ABŞ demokratiyası üçün daimi təhdid olaraq qalır. Çünki o, özünü “qanundan üstün” sayır”, - deyə Pelosi bildirib.