2 həftə ərzində 2-ci xəstəxana tikildi - Koronovirusa görə


Çində yayılan koronavirusla bağlı Uhan şəhərində 2 həftə ərzində 2-ci infeksion xəstəxana tikilib.

Axşam.az xəbər verir ki, bu barədə Uhan merinin müavini Xu Yabon mətbuat konfransında məlumat verib.

1600 çarpayılıq “Leyşenşan” hospitalı bu gündən etibarən 2 minə yaxın həkimlə xəstələri qəbul edəcək.

Qeyd edək ki, bu həftə Uhan şəhərində səkkiz gün ərzində tikilən "Xoşnşan" xəstəxanası da istifadəyə verilib.