Türkiyə ordusu Suriyada daha bir şəhid verib


Türkiyə ordusunun Suriyanın şimalında apardığı “Barış bulağı” hərəkatı bölgəsində bir əməliyyat zamanı hərbi maşının aşması nəticəsində 5 hərbçi yaralanıb.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, bu barədə Türkiyə Müdafiə Nazirliyinin məlumatında bildirilir.

Nazirlikdən verilən xəbərə görə, yaralananlar xəstəxanaya çatdırılsa da, həkimlərin cəhdlərinə baxmayaraq, onlardan birini xilas etmək mümkün olmayıb.