"İYİ partiyasından daha 5 ad istefa verəcək" iddiasına Akşenerdən cavab gəldi


Türkiyənin İYİ partiyası Türkiyə Böyük Millət Məclisinin qrup yığıncağından sonra mətbuat mənsublarının suallarına cavab verən partiya sədri Meral Akşener, daha 5 nəfərin partiyadan istefa verəcəyi xəbərlərinə, "İstefa qərarına hörmət edərəm, ancaq böhtan pis bir şeydir" deyə münasibət bildirib:

"Bunu hörmətlə qarşılamaq məcburiyyətindəyik. Amma böyük bir ictimaiyyəti, idarəçiləri, seçicini, təşkilatları töhmət altında buraxacaq və həqiqətən haqsız, əsassız və çox insafsız səbəblər ortaya qoyulduğu zaman o insanın canını acıdar".

 Akşener, partiyasında yaşanan millət vəkili istefalarının ardından yeni istefaların ola biləcəyinə dair xəbərlərin yayılmasına  "Mənim belə bir məlumatım yoxdur. Məlumatı verən qəzet və TV kanalları demək ki, bəzi şeyləri bilir. Bizə söyləsələr, biz də bilərik. Mənim prinsipim belədir, istefa verən istər millət vəkili olsun, istər sadə bir üzvümüz olsun buna canım yanar, çox üzülərəm, amma bu günə qədər istefa vermiş heç bir yoldaşımızın əleyhində tək bir cümlə sözüm olmadı. Çünki istefa tək tərəfli bir iradədir" deyə danışıb.

Turan