Qazaxıstandakı kütləvi davaya görə 90 cinayət işi açıldı

Qazaxıstanın cənubundakı kütləvi iğtişaşlardan sonra hüquq-mühafizə orqanları 90 cinayət işi açıblar.

Axar.az xəbər verir ki, bunu Qazaxıstan Daxili İşlər nazirinin müavini Marat Qocayev deyib.

“Bugünkü gün yüzlərlə adam dindirilib. Hazırda prosessual fəaliyyət həyata keçirilir. Cinayət işləri çoxdur, onların sayı artır”, – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə Korday rayonundan kütləvi dava baş verib. Nəticədə 10 nəfər ölüb, 50 nəfər yaralanıb.