Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus pandemiyasına qarşı mübarizə məqsədilə ianələr toplamaq üçün Həmrəylik Fondunun (Solidarity Response Fund) yaradıldığını elan edib.
Bu barədə təşkilatın saytında məlumat yerləşdirilib.
Bildirilir ki, fond xəstəliklə qlobal mübarizədə yaxından iştirak etmək üçün dünyanın istənilən yerində olan fiziki şəxs, korporasiya və müəssisələrə bir araya gəlməyə imkan verəcək.
Toplanan vəsaitlər bütün ölkələrə, xüsusilə də risk altında olanlara böhrana hazır olmağa və ona reaksiya verməyə imkan vermək üçün ÜST-ün strateji hazırlıq və reaksiya Planında nəzərdə tutulmuş addımlara yönəldiləcək.