NATO-nun keçmiş baş katibi Havyer Solananın koronavirusla bağlı verdiyi testlərin nəticəsi müsbət olub.
Bu barədə “Reuters” məlumat yayıb.
Hazırda keçmiş baş katibin səhhətinin yaxşılaşdığı qeyd olunur. Təhlükəsizlik tədbirləri çərçivəsində Solana müşahidəyə götürülüb.
Qeyd edək ki, Havyer Solana 1995-1999-cu illərdə NATO-nun Baş katibi vəzifəsini icra edib.