ABŞ Prezidenti Donald Trampın koronavirusla bağlı verdiyi testin nəticələri mənfi olub.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Prezidentin həkimi Şonan Konliyə istinadən verilən açıqlamada qeyd edilib ki, Vaşinqton Administrasiyasının başçısı sağlamdır.
***
22:04
ABŞ Prezidenti Donald Tramp koronavirus testindən keçdiyini bildirib. Qeyd edib ki, hələ testin nəticəsi məlum deyil.
APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Tramp bu barədə Ağ Evdə keçirdiyi mətbuat konfransı zamanı deyib.
Prezident hərarətinin olub-olmaması ilə bağlı verilən suala belə cavab verib: "Səhhətim tamamilə normaldır".
Xatırladaq ki, bir neçə gün əvvəl Trampla görüşən Braziliya nümayəndə heyətinin üzvlərindən biri koronavirus xəstəliyinə tutulub.