Koronavirus təhlükəsi ilə bağlı martın 16-dan Özbəkistanda bütün ali və orta təhsil müəssisələri, həmçinin uşaq bağçaları fəaliyyətini dayandıracaq.
AZƏRTAC xəbər verir ki, bu haqda Özbəkistanın Baş Naziri Abdulla Aripov martın 15-də koronovirusla bağlı keçirdiyi müşavirədə məlumat verib.
Qeyd edək ki, martın 13-də Parisdən gələn Özbəkistan vətəndaşı olan qadında ilk koronavirus aşkarlanıb. Həmin təyyarədə Daşkəndə uçan 48 sərnişin və ekipaj üzvlərinin hamısı 14 günlük karantinə yerləşdirilib.