Gürcüstan və Rusiya arasında quru sərhədləri bağlanır


Koronavirus səbəbi ilə Rusiya ilə Gürcüstan arasında qarşılıqlı səfərlər müvəqqəti məhdudlaşdırılır. 

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Baş nazirinin mətbuat xidməti məlumat yayıb. 

Məlumata əsasən məsələ ilə əlaqədar Gürcüstan Baş nazirinin Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze Rusiya Federal Şurasının üzvü Qriqori Karasin ilə telefon danışığı aparıb. Məhdudiyyətin martın 16-dan etibarən tətbiq ediləcəyi bildirilib. Qərarın yük trafikinə şamil edilməyəcəyi qeyd olunub.

Bundan başqa hər iki ölkənin vətəndaşlarının geri qayıtması üçün imkan yaradacağı bildirilib.