İtaliyada son sutka ərzində yeni növ koronavirus infeksiyası səbəbindən 368 nəfər həyatını itirib, ümumilikdə isə ölkədə virusdan ölənlərin sayı 1809 nəfərə çatıb.
APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Mülki Müdafiə Departamentinin rəhbəri Ancelo Borrellinin yaydığı açıqlamada deyilir.
Ölkədə təsdiqini tapmış yoluxma hallarının ümumi sayı 20603 nəfər təşkil edir. Bundan əvvəl 1441 ölüm faktının qeydə alındığı, virusa yoluxanların sayının isə 17750-yə çatdığı deyilirdi.