Haftar ordusu 2 xəstəxananı raketlə vurdu


Liviyada qiyamçı Xəlifə Haftara bağlı qüvvələr Vadi ər-Rabi bölgəsindəki 2 səhra xəstəxanasını Qrad raketləri ilə vurub.
Axar.az xəbər verir ki, bu barədə hökumətə bağlı “Qəzab vulkanı” əməliyyat qərargahının mətbuat xidmətinin Feysbuk səhifəsində bildirilib.
Məlumata görə, hücum zamanı 5 tibb işçisi ağır yaralanıb.