İsraildə siyasi böhran bitdi: Netanyahu və Qantz razılaşdı

İsrail Baş naziri Benyamin Netanyahu və spiker Beni Qantz yeni hökumətin yaradılması barədə razılaşıblar.
Axar.az xəbər verir ki, bu məlumatı İsrail mətbuatı yayıb. Razılaşmaya əsasən, Netanyahunun Likud Partiyası ilə Qantzın Kaxol Lavan Partiyası koalisiya yaradacaq. Tərəflər bunun sayəsində növbəli şəkildə baş nazir postunu tutacaqlar. İlk olaraq baş nazir vəzifəsini 1,5 il ərzində Netanyahu tutacaq, sonrakı dövrdə bu vəzifəni Qantz icra edəcək.