Rusiyada koronavirusdan 456 nəfər ölüb

Rusiyada son sutka ərzində daha 5642 nəfər koronavirusa yoluxub.
APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiya ərazisində COVİD-19-a yoluxanların sayı 52 763 nəfərə çatıb.
Son sutka ərzində 51 nəfərin öldüyü bildirilib.
Ümumilikdə koronavirusdan ölənlərin sayı isə 456-ə çatıb.
Sağalanların sayı 3873 nəfərdir.