ABŞ Dövlət katibi Mayk Pompeo koronavirusun Çindəki laboratoriyalarda ortaya çıxdığını iddia edib.
Bu barədə “ABC News” məlumat yayıb.
“Düşünürəm ki, Çinin dünyanı yoluxdurma və standartlardan aşağı laboratoriyalar işlətmə keçmişi olduğunu bütün dünya xatırlayacaq. Birinci dəfə deyil ki, Çin dünyanı laboratoriyalarındakı uğursuzluqların nəticəsi olan viruslara məruz qoyur”, - deyə M.Pompeo bildirib.
Koronavirusun Uhandakı laboratoriyadan çıxdığına dair qəti dəlilləri olduğunu bildirən dövlət katibi bu sübutların nədən ibarət olduğunu açıqlamasa da, “çox sayda” olduğunu vurğulayıb.