ÜST: Türkmənistanda COVID-19-a yoluxma hadisəsi qeydə alınmayıb


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, Türkmənistanda COVID-19 virusuna yoluxma hadisəsi qeydə alınmayıb.

AZƏRTAC xəbər verir ki, təşkilatın Türkmənistandakı nümayəndəsi Paulina Karvovska Türkmənabad və Türkmənbaşı şəhərlərində karantin mərkəzlərini ziyarət edib. O bildirib ki, Türkmənistan koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının qarşısını almaq üçün vaxtında bütün tədbirləri görüb.