Çində son sutkada cəmi bir koronavirusa yoluxma hadisəsi qeydə alınıb, 87 nəfər sağalıb, ölən olmayıb.
"Sherg.az" Trend-ə istinadən bildirir ki, bu barədə ÇXR gigiyena və səhiyyə üzrə dövlət komitəsi xəbər verib.
Yeni yoluxma hadisəsi Şanxayda təsdiqlənib, yoluxan şəxs ölkəyə xaricdən gəlib. Çinə xaricdən gələnlər arasında yoluxanların ümumi sayı 1 676-ya çatıb, onlardan 325-i hələ də müalicə alır, onlardan 5-nin vəziyyəti ağır olaraq qiymətləndirilir. Sutka ərzində 1 351 sağalıb və tibb müəssisələrindən evə buraxılıb.
Ümumilikdə koronavirusa yoluxanların sayı ölkədə 82 881, sağalanların sayı 77 853, ölənlərin sayı isə 4 633 təşkil edib.