Virusa yoluxanların sayı 204 952 nəfərə çatıb, daşıyıcılarından 2 887 nəfərin vəziyyəti ağırdır
İranda ötən sutka ərzində daha 116 nəfərin koronavirusdan (COVID19) ölməsi öz təsdiqini tapıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.
Sadat Larinin sözlərinə görə, beləliklə İranda bu günədək bu virusdan ölənlərin sayı 9 623 nəfərə yüksəlib.
Sadat Lari əlavə edib ki, İranda ötən 24 saat ərzində daha 2 368 nəfər koronavirusa yoluxub. Bununla da bu virusa yoluxanların sayı 204 952 nəfərə çatıb. Virus daşıyıcılarından 2 887 nəfərin vəziyyəti ağırdır.
Nazirliyin sözçüsü əlavə edib ki, indiyədək İranda 163 591 nəfər koronavirusdan sağalıb.
Onun sözlərinə görə, İranın Xuzistan, Hörmüzqan Kirmanşah və Şərqi Azərbaycan vilayətlərində vəziyyət daha təhlükəlidir.
İranda koronavirusun diaqnozu ilə əlaqədar 1,42 milyondan çox test həyata keçirilib.