"Girogi Marqvelaşvili ağıllı siyasətçidir və yaxşı bilir ki, İvanişvili və hakimiyyət daxildən nə ifadə edir. Buna görə də İvanişvili rejimini dəyişmək prosesində onun rolu müsbət olacaq".
24News.ge xəbər verir ki, bu sözləri "Vahid Milli Hərəkat" partiyasının fraksiya sədri Roman Qoçiridze, eks prezident Girogi Marqvelaşvilinin müxalifət cəbhəsində yer almasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, müxalifət düşərgəsində Giorgi Marqvelşavilinin aktivliyi alqışlanmalıdır:
"Biz, 8 illik uğursuz idarəçiliyi dəyişmək üçün hər bir şəxsin siyasətə qoşulmasını alqışlayırıq. Rejim, hansı ki, demokratiyanı məhdudlaşdırdı, ölkəni ağır vəziyyətə saldı, tez bir şəkildə uzaqlaşdırılmalıdır. Kimdə ki, siyasi resurs var, xalqın güvəni var və müxalifət cəbhəsində dayanacaq, əlbəttə ki, alqışlanasıdır və bu İvanişvili rejiminin dəyişməsinə xidmət edəcək", - deyə R.Qoçiridze bildirib.