Əfqanıstanda partlayış nəticəsində 1 nəfər ölüb, 18 nəfər yaralanıb

Əfqanıstanın Nanqarhar əyalətinin mərkəzi Cəlalabad şəhərində avtomobilin partladılması nəticəsində 1 nəfər ölüb, 18 nəfər yaralanıb.
APA xəbər verir ki, bu barədə “1TV” telekanalı məlumat yayıb.
Məlumata görə, Cəlalabadın 4-cü rayonundakı həbsxana yaxınlığında kamikadze partlayıcı yüklənmiş avtomobili partladıb.
Qeyd olunur ki, “Taliban” hərəkatı hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.