Cənubi Koreyada güclü yağışlar 6 nəfərin ölümünə səbəb oldu


Koreya Respublikasında güclü yağışlar daşqınlara və torpaq sürüşmələrinə səbəb olub.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, daşqınlar və torpaq sürüşmələri nəticəsində 6 nəfər həlak olub, 8 nəfər isə itkin düşmüş sayılır.

Məlumata əsasən, Kyonqido və Çxunxçon-Pukto əyalətlərində 3 nəfər çayların daşması nəticəsində, 3 nəfər isə torpaq sürüşməsi nəticəsində ölüb.