Sergey Lavrov Tbilisidə anadan olub, atası isə Kalantaryandır

Rusiya Xarici İşlər naziri Sergey Lavrov 21 mart 1950-ci ildə Tbilisidə anadan olub. Bildirilir ki, Lavrovun atası Kalantaryan adlı bir Tbilisi ermənisi olub. Daha sonra anası Valeria Borisovna Lavrovanın soyadını götürüb.

 Moderator.az xəbər verir ki, Ermənistanın Lori bölgəsinin Ardvi kəndindəki Hovhannes kilsəsinin həyətində Kalantaryan ailəsinin məzarlığı var.

17 fevral 2005-ci ildə Ermənistana növbəti səfəri zamanı Lavrov İrəvanda Rusiya-Erməni (Slavyan) Universitetinin tələbələri ilə görüşüb. Tələbələrdən biri soruşub ki, erməni əsilli olmaq onu narahat edirmi?

Lavrov cavab verib: "Tbilisdə köklərim var, çünki atam oradandır, damarlarımda erməni qanı axır və başqa heç kimin qanı axmır. Bu qan mənə heç bir şeydə mane olmur", - deyə o bildirib.