Türkiyədə məktəbliləri daşıyan avtomobil qəzaya düşüb, 6 nəfər ölüb


Türkiyədə Yüksekova rayonunda məktəbliləri daşıyan avtomobil qəzaya uğrayıb.  

APA-nın yerli bürosunun xəbərinə görə, içərisində bir qrup təhsil işçisinin olduğu avtomobil dərəyə aşıb. Nəticədə 6 nəfər ölüb, bir nəfər yaralanıb. Ölənlərdən 4-nün təhsil işçisi olduğunu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.