Kabusu anlatdı: "Koronavirusun bədənimdə gəzdiyini hiss edirdim"


 Türkiyənin İzmir şəhərində yeni tip koronavirusdan (Kovid-19) xilas olan vəkil Çisem və İsmayıl Özkan cütlüyü, xəstəliyin bədənlərində yaşatdığı ağrıları unuda bilmir.

Çisem Özkan, "Bütün orqanlarım ağrıyırdı. Ayağım və qarınım "ürək" kimi döyünürdü. Virusun bədənimdə gəzdiyini hiss etdim" deyə bildirib. İsmayıl Özkan isə, "Bu ağrılar insana zülm verir. Qrip olduq, amma belə bir şey görmədiyimiz üçün qorxumuz artdı. Qoxu və dad bilmək hissiyatı birdən kəsildi" deyə danışır.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, kovid-19 diaqnozu qoyulduqdan sonra evdə dərman müalicəsiylə yaxşılaşan vəkil Çisem və İsmayıl Özkan cütlüyü, yaşadıqları 3 həftəlik çətinlikdən sonra işlərinin başına dönüb. İyulun əvvəlində yüksək temperatur, boğaz ağrısı, tənəffüs çətinliyi və ishal kimi şikayətlə xəstəxanaya müraciət edən Özkan cütlüyünə, Kovid-19 diaqnozu qoyulub. Həkimlərin təklifiylə evdə 3 həftəlik müalicə müddəti keçirən cütlük, balanslı qidalanmaya çalışıb və onlara təyin olunan reseptləri tətbiq ediblər. Vəkil cütlük 3 həftəlik müalicədən sonra sağlamlıqlarına, sonra da işlərinə qovuşub.

Ağrıların gün keçdikcə artdığını söyləyən Çisem Özkan, bunları söyləyib:

"İlk başda günvurma olduğunu düşündüm. İrəliləyən günlərdə bu fikri başımdan çıxardım. Ciddi mənada insanın bədəninə verdiyi narahatlığı hiss edə bilirsiniz. Bədəndə bütün orqanlar ağrıyırdıAyağım və qarınım 'ürək' kimi atırdı. Virusun bədənimdə gəzdiyini hiss etdim. Xəstəlik "mən buradayam" deyir, gecələr yatmağa qoymurdu. Dad və qoxu hissini itirmişdim."

Epidemiya müddətində tədbirlərə diqqət göstərdiklərini vurğulayan Özkan, bu xəstəliyin başlarına gələ biləcəyini heç düşünmədiyini dilə gətirib. Gənc olduqları üçün tez yaxşılaşacaqlarını düşündüklərini söyləyən Özkan, "Gecə nəfəs ala bilmədiyim üçün oyananda içimə bir qorxu düşdü" deyə danışır.

İsmayıl Özkan isə xəstəlik müddətində temperaturun çox yüksəldiyini vurğulayıb. Qızdırma ilə birlikdə şiddətli əzələ ağrısı yaşadığını ifadə edən Özkan vətəndaşlara səslənib: 

"Maskasız gəzən vətəndaşlar var. Lütfən, çox diqqət yetirsinlər. Ana, ata və yaşlı vətəndaşlara yoluxdurma ehtimalları var. Bu adamlar öz ailələrinə belə ölüm gətirə bilərlər.

Turan