Serbiyanın yeni deputatları yumurta atəşinə tutuldu


Serbiyada parlamentin yeni üzvləri yumurta atəşinə məruz qalıb.

Axar.az xəbər verir ki, etiraz aksiyasını Saşa Raduloviçin “Kifayətdir” hərəkatı təşkil edib. Etirazçılar Serbiya hökumətini xəyanətdə, parlamenti qeyri-legtimlikdə ittiham ediblər.

Qeyd edək ki, Serbiyada son parlament seçkisində prezident Aleksandr Vuçiçin partiyası qalib gəlib. Partiya parlamentdəki 250 yerdən 188-nə sahib olub.