İranda bomba partladılıb: yaralananlar var

İranın Sistan və Bəlucistan əyalətinin Zahidan şəhərində səs bombası partladılıb.

APA-nın Tehran bürosunun məlumatına görə, polis patrul xidmətinin avtomobilinin qarşısında səs bombasının partladılması nəticəsində 4 polis zabiti yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.