Beyrutda partlayışda ölən ermənilərin sayı 11-ə çatdı

Livanın paytaxtı Beyrutda baş verən partlayışda ölən ermənilərin sayı artıb.
APA-nın məlumatıəna görə, erməni icmasından bildirilib ki, ölən ermənilərin sayı 11 nəfərə çatıb.
Ölən ermənilərin adı da açıqlanıb.
Bununla yanaşı, partlayışda 250 erməninin yaralandığı da bildirilir.
Qeyd edək ki, avqustun 4-də Beyrut limanında şiddətli partlayış baş verib. Limandakı anbarda saxlanılan ammiak turşusunun partlaması nəticəsində 137 nəfər ölüb, 4 mindən çox insan yaralanıb. Paytaxta ciddi ziyan dəyib, evlər, avtomobillər dağılıb.